Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olunub

Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olunub
# 30 avqust 2017 11:29 (UTC +04:00)

“Hazırda xəstəxanadayam. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Səmədağa Şıxlarov deyib.

62 yaşlı mütəxəssis əməliyyat edilib. Buna ayağındakı problem səbəb olub.

Vəziyyəti haqda danışan Şıxlarov həkimlərin nəzarətində olduğunu bildirib: “Məndə bu problem çoxdan var. Ayaqlarımın damarlarında tromb yaranır. Bu səbəbdən artıq 4 dəfə əməliyyat olunmuşdum. Bu, 5-ci əməliyyatım idi. Ayağıma şunt qoydular. İndi özümü yaxşı hiss edirəm. 2-3 günə məni evə buraxacaqlar”.

“Neftçi”nin sabiq hücumçusu üzləşdiyi problemin futbolçu karyerasında aldığı zədələrlə bağlı olduğunu deyib: “Hamısı vaxtilə yaşıl meydanlarda aldığım zədələrdəndi. Fəsadları futbolu bitirəndən sonra özünü göstərməyə başladı. Nə edim, birtəhər dözməliyəm”.

Qeyd edək ki, Səmədağa Şıxlarov futbolçu karyerasında “Neftçi” ilə yanaşı, “Xəzər” (Sumqayıt), “Avtomobilçi”, MOİK (Kiyev) və “Kəpəz” kimi klubların da formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR