Bu ilin 11 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 76 cinayət faktı qeydə alınıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 76 cinayət faktı qeydə alınıb
# 21 dekabr 2006 13:48 (UTC +04:00)
“Bu ilin 11 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 76 cinayət faktı qeydə alınıb. Ötən il isə bu cinayətə görə 28 fakt müəyyənləşdirilib”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. R. Usubov bildirib ki, bu ilin 11 ayı ərzində məhkum olunmuş 4028 qadından 567-nə (7-8%) azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilib. Bu göstərici ötən il 84% təşkil edib. Belə ki, 2005-ci ildə məhkum olunmuş 1010 qadından 833-nə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR