Yakob Kellenberqer: “Məcburi yoxaçıxmalara qarşı beynəlxalq konvensiyanın qəbul olunması gələcəyə ümid işarəsidir”

Yakob Kellenberqer: “Məcburi yoxaçıxmalara qarşı beynəlxalq konvensiyanın qəbul olunması gələcəyə ümid işarəsidir”
# 21 dekabr 2006 15:38 (UTC +04:00)
“Məcburi yoxaçıxmalara qarşı beynəlxalq konvensiyanın qəbul olunması gələcəyə ümid işarəsidir. BMT Baş Assambleyasında iştirak edən dövlətlərin çoxundan alınan dəstək bir daha bunu təsdiq edib. Biz inanırıq ki, bunu dünyanın bütün dövlətləri ratifikasiya edəcək və həyata keçirəcək”. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberqer BMT Baş Assambleyasının Bütün Şəxslərin Məcburi Yoxaçıxmalardan Müdafiə Olunması haqda Beynəlxalq Konvensiyanın qəbul olunmasına münasibət bildirərkən deyib. Konvensiyada gizli həbsdə saxlanmanın qanunsuz olduğu bəyan edilib. Bundan başqa, dövlətlərdən bütün məhbusları rəsmi qəbul olunmuş azadlıqdan məhrum etmə yerlərində saxlamaq, müasir tələblərə cavab verən rəsmi qeydiyyatın aparılması, bütün məhbuslar haqda ətraflı məlumat toplanması, məhbuslara ailə üzvləri, vəkillə ünsiyyət yaratmaq və müvafiq hakimiyyət orqanlarına məhbuslarla görüşmək imkanı verilməsi tələb olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR