Dəvəçidə iki “KAMAZ” avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

Dəvəçidə iki “KAMAZ” avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb
# 22 dekabr 2006 09:12 (UTC +04:00)
Dünən gecə Dəvəçi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəndab-Yalama yolunun Sincənboyad ərazisində Natiq Bayramovun idarə etdiyi, “Akkord” şirkətlər qrupuna məxsus 10 JT 480 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını ilə Rauf Məmmədovun idarə etdiyi 50 DT 460 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını toqquşub. APA-nın Şimal bürosunun məlumatına görə, qəza nəticəsində 40 yaşlı N. Bayramov ağır xəsarət alaraq Dəvəçi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 22 yaşlı Dəvəçi sakini R. Məmmədov isə hadisə yerində keçinib. Faktla bağlı Dəvəçi rayon Polis Şöbəsində cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR