“Silahlı Qüvvələrin 1 saylı ərzaq norması”na dəyişiklik ediləcək

“Silahlı Qüvvələrin 1 saylı ərzaq norması”na dəyişiklik ediləcək
# 08 fevral 2007 09:11 (UTC +04:00)
Bu ildən Azərbaycanda hərbçilərin qida rasionunda yeniləşdirmə aparılması və mövcud siyahıya əlavə qida məhsullarının daxil edilməsi planlaşdırılır. Bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat daxil olub. Dəyişikliklərə əsasən, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Silahlı Qüvvələrin 1 saylı ərzaq norması”nda olan bəzi qida məhsullarının çıxarılması və onların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Hazırda “Silahlı Qüvvələrin 1 saylı ərzaq norması”nın yeni variantı müvafiq hərbi qurumlarla müzakirə olunur.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Ramiz Məlikov isə APA-ya açıqlamasında Silahlı Qüvvələrin qida təminatının ilbəil yaxşılaşdığını deyib. R.Məlikov gələcəkdə bu sahədə dəyişikliklərin olacağını da istisna etməyib.
Qeyd edək ki, hazırda qüvvədə olan “Silahlı Qüvvələrin 1 saylı ərzaq norması”nda hərbi qulluqçuların gündəlik qida rasionuna 29 adda ərzaq məhsulu daxildir. Bir hərbi qulluqçunun gündəlik qəbul etməli olduğu qidanın ümumi çəkisi 2 kq 506 qram, yeməyin kilokalorisi isə 4121,6 kkal-dır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR