Üstündə xeyli miqdarda narkotik maddə, tapança və gecəgörmə cihazı olan İran vətəndaşı Cəlilabadda həbs olunub

Üstündə xeyli miqdarda narkotik maddə, tapança və gecəgörmə cihazı olan İran vətəndaşı Cəlilabadda həbs olunub
# 13 fevral 2007 11:28 (UTC +04:00)
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İran vətəndaşından külli miqdarda narkotik maddə aşkarlayıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonunun Astanabad kənd sakini Bahar Hüseynovanın evinə qonaq gəlmiş İran vətəndaşı Neymət Pənahidən 5 kiloqram həşiş, 1 kiloqram heroin, 1 ədəd səsboğucusu olan tapança və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb. N. Pənahi həbs olunub, faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR