Azərbaycan Dövlət Dəniz Administrasiyası: “ Bizdə TBF-58” gəmisi qeydiyyatda yoxdur”-YENİLƏNİB

Azərbaycan Dövlət Dəniz Administrasiyası: “ Bizdə TBF-58” gəmisi qeydiyyatda yoxdur”-<font color=red>YENİLƏNİB</font>
# 14 avqust 2007 09:59 (UTC +04:00)
Onun sözlərinə görə, ilkin məlumatda gəminin qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanıldığı bildirilib. Bundan başqa, sözügedən gəmi limandan çıxış qaydalarını yerinə yetirməyib. Bütün bunlar isə gəminin pirat gəmi olduğunu deməyə əsas verir.
Qeyd edək ki, Qazaxıstan sərhədçiləri Xəzər dənizinin ərazi sularında 8 azərbaycanlını saxlayıb. APA-nın “Kazinform”a istinadən yaydığı xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb. Saxlanılanların hamısı Azərbaycan vətəndaşlarıdır. Hadisə dünən saat 21:30-da baş verib. “Sərdar” sərhəd gəmisinin ekipajı patrul xidməti həyata keçirərkən Azərbaycan bayrağı altında üzən və Bakı limanında qeydiyyatda olan “TBF-58” gəmisini aşkarlayaraq saxlayıb. Saxlanma zamanı sərhəd pozucuları müqavimət göstəriblər. Kapitan gəmini batırmaqla hədələyərək, təhlükəli manevr edib. Gəmiyə baxış zamanı 3 tona yaxın balıq və ov vasitələri tapılıb. Azərbaycan gəmisi Qazaxıstanın Bautino limanına aparılıb. İstintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR