Gədəbəydə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Gədəbəydə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 26 may 2020 16:03 (UTC +04:00)

Gədəbəydə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR