Ağcabədidə evdə, Ağsuda açıq ərazidə yanğın olub

Ağcabədidə evdə, Ağsuda açıq ərazidə yanğın olub
# 01 iyul 2021 14:39 (UTC +04:00)

Ağcabədi rayonunun Rəncbərlər kəndində ümumi sahəsi 90 m² olan tikintisi başa çatmayan birmərtəbəli 3 otaqlı evin (2 otağında yaşayış var) 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Göydəlləkli kəndində isə açıq ərazidə 20 ha sahədə kol-kos və qamışlıq yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR