Ağstafada  23 yaşlı qız itkin düşüb - FOTO

Ağstafa, itkin düşən Gülnar Salahova

© APA | Ağstafa, itkin düşən Gülnar Salahova

# 27 may 2021 10:44 (UTC +04:00)

Ağstafada itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Kəlbəcər rayonunun Mərcimək kənd sakini, Ağstafada yaşayan 1998-ci il təvəllüdlü Gülnar Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları var. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR