Astarada dağlıq ərazidə narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb

Astarada dağlıq ərazidə narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb
# 07 sentyabr 2021 10:30 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib.

Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR