Bakıda 4 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda 4 avtomobil toqquşub, xəsarət alan var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 12 iyul 2021 02:47 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 21:56

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İslam Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə Bünyamin Şabanovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Hyundai” eyni markalı digər avtomobilə, “Toyota” isə Rasim Məmmədova məxsus “VAZ 2106”-ya çırpılıb.

Qəza nəticəsində R. Məmmədov xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR