Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
# 13 iyul 2021 13:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi dənizdə meyiti tapılan şəxslə bağlı məlumat yayıb.

APA nazirliyə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.

R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13:22

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

APA-nın xəbərinə görə, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.

Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR