Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub - VİDEO

Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub - <span class="red_color">VİDEO
# 21 iyun 2021 14:49 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi günün 24 saatı etibarlı şəkildə qorunur.

Nazirliyin mətbuat xidmətindən  APA-ya verilən məlumata görə, bunu sübut edən növbəti hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. 
Rayonun Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 
Əraziyə gələn polislər obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər. Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Mühafizə polislərinin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə təhvil verilib. Həmin şəxs ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib. 
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR