Bakıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 19 noyabr 2021 03:32 (UTC +04:00)

Bakının Yasamal rayonun yol qəzasından sonra sürücülər arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Afiyyədin Cəlilov və Akim Abbasov küçələrinin kəsişməsində baş verib.

Belə ki, işıqforla tənzimlənən kəsişmədə “Toyoto” və “Hyundai” markalı avtomobillərin sürücüləri biri-birlərinə yol verməyib. Qarşı-qarşıya toqquşma zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb.

Qəzadan sonra sürücülər arasında yaranan mübahisə davaya çevrilib.

Əraziyə iki təcili tibbi yardım xidməti və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR