Balakəndə qəzada xəsarət alan 3 nəfərdən biri ölüb - FOTO - YENİLƏNİB

Balakəndə qəza, hadisə yeri

© APA | Balakəndə qəza, hadisə yeri

# 31 oktyabr 2021 14:55 (UTC +04:00)

Balakəndə baş verən yol qəzasında xəsarət alanlardan bir nəfər xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Mahamalar kənd sakini 59 yaşlı Kazım Şəmsəddin oğlu Osmanov oktyabrın 30-dan 31-ə keçən gecə müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında ölüb.

***

30 oktyabr, saat 20.36

Balakən rayonunda avtomobil qəzası nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

1980-cı il təvəllüdlü, Balakən rayonunun Hənifə kənd sakini Elçin Çingiz oğlu Şirinovun idarə etdiyi "Mercedes" markalı 08 BX 909 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Mahamalar kənd sakini 1962-ci il təvəllüdlü Kazım Şəmsəddin oğlu Osmanovun idarə etdiyi "VAZ-2107" markalı 08 BF 781 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Şirinov, K. Osmanov və K. Osmanovun avtomobilində sərnişin qismində olan onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xanım Ömər qızı Osmanova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR