Cəlilabad sakini özünü güllələyib

Cəlilabad sakini özünü güllələyib
# 31 may 2021 12:27 (UTC +04:00)

Mayın 29-da Cəlilabad rayonunun Albalan kənd sakini, ruhi xəstə Q.Qasımovun yaşadığı evdə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Q.Qasımovun vəziyyəti ağırdır.
Keçirilən baxış zamanı polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR