Daşkəsəndə qadın əri tərəfindən bıçaqlanıb - VİDEO - YENİLƏNİB

Daşkəsəndə qadın əri tərəfindən bıçaqlanıb - VİDEO  - YENİLƏNİB
# 27 iyun 2021 15:40 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


12:48

Daşkəsəndə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 1970-ci il təvəllüdlü Ramiz Məhərrəmov saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, əri tərəfindən bıçaqlanan Zülfiyyə Məhərrəmova 6 uşaq anasıdır.

***

saat 11.50

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Hüseyn qızı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı Ramiz Məhhərəmov tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR