DİN Tərtərdə özünü yandırmaq istəyən şəxslə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB

DİN Tərtərdə özünü yandırmaq istəyən şəxslə bağlı məlumat yayıb - VİDEO  - YENİLƏNİB
# 08 iyun 2021 12:54 (UTC +04:00)

Daxili İşlər Nazirliyi ötən gün Tərtərdə özünü yandırmaq istəyən şəxslə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün Tərtər rayonunun Bəyimsarov kənd sakini, 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. İntihara cəhdin qarşısı alınarkən polis əməkdaşları əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR