Etibar Mizəyev: "Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev

© APA | Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev

# 04 avqust 2021 15:57 (UTC +04:00)

"Türkiyə bizə qardaş ölkədir. Biz yanğınların söndürülməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qısa bir müddətdə Türkiyədəki yanğınları lokallaşdırıb söndürəcəyik".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, artıq 4 gündür FHN əməkdaşları və texnikaları yol gəlir: "Hər bir bölgədə bizim əməkdaşları qardaş kimi qarşılayırlar. Bizə hər zaman can deyən Türkiyəyə demək istəyirik ki, Can Azərbaycan onların yanındadır. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı və dostluğu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR