FHN: Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

© APA | Bakıda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

# 20 may 2021 17:37 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması barədə 20 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.

Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR