FHN: Balakəndə yağışın yaratdığı fəsadların aradan qaldırılması işləri davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 24 sentyabr 2021 13:05 (UTC +04:00)

Ölkənin şimal-qərb zonasında yağışın yaratdığı fəsadalrın aradan qaldırılması istiqamətində görülən işlər davam etdirilir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.
Bu çərçivədə, ötən gündən Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun kənarlaşdırılması məqsədilə başlanılmış işlər gecə saatlarında da davam etdirilib. Hazırda işlər Balakən rayonunun Tülü və İtitala kəndlərində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR