FHN xilasediciləri Ağcabədidə yağış sularının həyətyanı sahələrə axınının qarşısını alıb - VİDEO

Xilasedicilər Taxtakörpü qəsəbəsində həyətlətə yağış sularının dolmasının qarşısını alıb

© APA | Xilasedicilər Taxtakörpü qəsəbəsində həyətlətə yağış sularının dolmasının qarşısını alıb

# 01 iyun 2021 12:06 (UTC +04:00)

Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti və aramsız yağan yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR