Gəncədə avtomobil 23 yaşlı oğlanı vurub - FOTO

Gəncədə avtomobil 23 yaşlı oğlanı vurub - FOTO
# 10 dekabr 2021 18:28 (UTC +04:00)

Gəncədə piyadanı avtomobil vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 1998-ci il təvəllüdlü İ.Novruzovu vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR