Gəncədə baş vermiş qəzada 2 nəfər xəsarət alıb

Gəncədə baş vermiş qəzada 2 nəfər xəsarət alıb
# 12 iyul 2021 23:18 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı minik maşını ilə "VAZ 21099" avtomobil toqquşub. Qəza zamanı iki qadın - 1970-ci il təvəllüdlü Heydərova Zülfiyyə Surxay qızı və 1990-cı il təvəllüdlü Orucova Günel Müzadil qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR