Gəncədə şirkətdən 2 tondan çox süd, yarım tondan çox kompot oğurlanıb

Gəncədə şirkətdən 2 tondan çox süd, yarım tondan çox kompot oğurlanıb
# 03 iyun 2021 13:06 (UTC +04:00)

Gəncədə şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə,  Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il aprelin 20-dən cari il iyunun 1-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki “Aqrar Tədarük və Təchizat” ASC-dən 2 ton 328 litr süd və 636 litr kompot oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR