Gəncədə təcili yardım sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb

Gəncədə təcili yardım sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb
# 06 may 2021 14:45 (UTC +04:00)

Gəncədə təcili tibbi yardım avtomobilinin sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Park Kompleksində qeydə alınıb. Gəncə şəhər təcili tibbi yardım stansiyasında sürücü işləyən Asəf Əliyevin meyiti parkda asılmış vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR