Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
# 21 noyabr 2021 18:15 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Məmmədova Zəminə Valeh qızı, 1993-cü il təvəllüdlü Məmmədova Ruslan Əlövsət oğlu, 2012-ci il təvəllüdlü Qasımov Nihat Nicat oğlu və 1995-ci il təvəllüdlü Qasımova Əfsanə Əlövsət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR