Göygöldə 56 yaşlı qadını maşın vurub

Göygöldə 56 yaşlı qadını maşın vurub
# 07 iyul 2021 18:51 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi-Pajero” markalı minik maşını yolu keçmək istəyən 56 yaşlı Diləfruz Rüstəmovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR