Göygöldə evakuatorun üstündəki ekskavator aşıb, yolda tıxac yaranıb

Göygöldə evakuatorun üstündəki ekskavator aşıb, yolda tıxac yaranıb
# 03 iyul 2021 00:13 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı avtomobil yolunun rayonun Aşqılı kəndindən keçən hissəsində qeydə alınıb.

Ekskavatoru daşıyan evakuator idarəetmədən çıxıb və nəticədə yük yerindəki ekskavator aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, uzun tıxac yaranıb. Belə ki, istirahətdən qayıdan vətəndaşlar saatlarla yolda qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR