Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib

Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib
# 01 iyul 2021 07:56 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 3125 kiloqram olan, 9773 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR