İzləyicisini döyərək videosunu paylaşan yutuber həbs edilib - VİDEO - YENİLƏNİB

Ruslan Quliyev

© APA | Ruslan Quliyev

# 15 iyun 2021 20:48 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


19:23

İzləyicisini döyərək görüntülərini "YouTube" kanalında paylaşan “Zevs” kimi tanınan yutuber Ruslan Quliyev həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər sakini Ruslan Quliyev hadisədən sonra müəyyən edilərək saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib.

Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, Ruslan Quliyev özünün "YouTube" kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra izləyicini vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR