Kürdəmirdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Kürdəmirdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 18 oktyabr 2021 15:18 (UTC +04:00)

Kürdəmir rayonunda 4 ay əvvəl tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Kürdəmir Rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilib ki, xəbər verildiyi kimi, 22.06.2021-ci il tarixdə 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.
İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR