Lənkəranda icra hakimiyyətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Lənkəranda icra hakimiyyətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
# 22 may 2021 09:07 (UTC +04:00)

Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə sabiq iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Şürük kənd üzrə sabiq icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə keçmiş icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR