Masallıda qəlyan xidməti göstərən çay evi cərimələnib

Masallıda qəlyan xidməti göstərən çay evi cərimələnib
# 02 sentyabr 2021 10:00 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

Bu barədə APA-nın cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Karantin qaydalarının pozulduğu obyektin icarədarı və 2 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR