Mingəçevirdə kanalda batan şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB-1

#
# 19:52
11 iyun 2021

Mingəçevir ərazisində Yuxarı Qarabağ su kanalında batan şəxsin axtarış işləri yekunlaşıb.

FHN-dən APA-ya verilən məlumata görə, axtarışları aparılan 2006-cı il təvəllüdlü Əzizov Elvin Sənan oğlunun meyiti saat 19:15 radələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 18:57

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kanalda batan şəxslə bağlı məlumat yayıb. 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

***

18.38

Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, yeniyetmənin Qarabağ kanalında batdığı bildirilir. 

Hazırda hadisə yerinə dalğıc axtarış qrupu cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR