Naftalanda avtomobil dərəyə aşıb, xəsarət alan var

Naftalanda avtomobil dərəyə aşıb, xəsarət alan var
# 26 may 2021 16:03 (UTC +04:00)

Naftalanda avtomobil dərəyə aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərdən Qaşaltı kəndinə gedən yolda idarəetmədən çıxan "Mercedes" markalı avtomobil aşaraq yol kənarındakı dərəyə düşüb. Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR