ABŞ-da Respublikaçılar və Demokratlar partiyalarından olan bir qrup senator Prezident Donald Trampın dövlət vəzifələrinə irəli sürdüyü namizədlərin təsdiqlənməsinə mane ola biləcəklərini bildiriblər.
“The New York Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, senatorlar bununla bağlı Ağ Ev rəsmilərinə xəbərdarlıq ediblər.
Bildirilib ki, senatorlar administrasiyadan Ukrayna Silahlı Qüvvələrinin “Starlink” peyk rabitə sisteminə çıxışının bərpa olunacağına dair təminat tələb edirlər.
Əks halda, onlar Trampın müxtəlif dövlət vəzifələrinə təqdim etdiyi namizədlərin Senatda təsdiqlənməsini bloklamaq niyyətindədirlər.
Nəşr qeyd edib ki, senatorlarla Ağ Ev arasında fikir ayrılıqları noyabrda keçiriləcək aralıq seçkilərindən sonra daha da kəskinləşə bilər.
Belə ki, respublikaçıların yeni çağırış Konqres fəaliyyətə başlamazdan əvvəl Trampın irəli sürdüyü onlarla namizədin təsdiqlənməsinə çalışacağı gözlənilir.