Nazir Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş mürəkkəb relyefli dağlıq ərazilərə gedib - FOTO - VİDEO

Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazidə

© APA | Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazidə

# 30 avqust 2021 11:29 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

APA-nın məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.

Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K. Heydərov yanğınların qarşısının alınması üçün müvafiq göstəriş və tapşırıqlar verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

© APA | Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazidə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR