Kriptovalyuta bazarında son günlər müşahidə olunan kəskin enişdən sonra qiymətlərdə artım qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 3,07% artaraq 61 170,73 ABŞ dollarına yüksəlib.
Bununla belə, kriptovalyutanın qiyməti son bir həftədə 5,64%, son 30 gündə isə 24,32% azalıb. “Bitcoin”in bazar kapitallaşması 1,23 trln. dollar təşkil edib.
“Ethereum”un qiyməti 4,05% artaraq 1 728,92 dollara, “Zcash”ın qiyməti 2,16% artaraq 790,29 dollara, BNB-nin qiyməti isə 2,95% artaraq 557,27 dollara yüksəlib.
“Monero”nun qiyməti 2,54% artaraq 497,60 dollara, “Bitcoin Cash”in qiyməti 0,48% artaraq 197,51 dollara, “Bittensor”un qiyməti 3,56% artaraq 190,30 dollara, “Quant”ın qiyməti isə 1,31% artaraq 142,04 dollara çatıb.
Qızıl təminatlı “PAX Gold”un qiyməti 1,83% artaraq 3 593,20 dollara, “Tether Gold”un qiyməti isə 1,81% artaraq 3 593,01 dollara yüksəlib.
“CoinMarketCap 20” indeksini izləyən CMC20 tokeninin qiyməti son sutkada 2,74% artaraq 123,02 dollara çatıb. Bununla belə, onun aylıq itkisi 25,02% təşkil edib.
Analitiklər qiymət artımını məcburi satışların zəifləməsi və ucuzlaşan aktivlərə tələbin artması ilə əlaqələndirirlər. Noyabrın 21-də son iki ilin minimumuna – 55 251,60 dollara enən “Bitcoin”in qiyməti həmin səviyyədən 10,7% yüksəlib. Bununla belə, ABŞ-də faiz artımı gözləntiləri və kriptovalyuta fondlarından kapital çıxışı bazarın dayanıqlı bərpasını məhdudlaşdırır.