Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
# 21 iyul 2021 17:58 (UTC +04:00)

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Z. İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 10:07

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR