Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Oğuzda qəza

© APA | Oğuzda qəza

# 15 noyabr 2021 09:52 (UTC +04:00)

Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza zamanı iki nəfər sərnişin - 1997-ci il təvəllüdlü Oğuz rayon Bucaq kənd sakini Ramiz Eynulla oğlu İsgəndərov və 1965-ci il təvəllüdlü Rəna Şirin qızı Əzizova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR