Oğuzda yol qəzasında iki nəfər xəsarət alıb

Oğuzda yol qəzasında iki nəfər xəsarət alıb
# 19 iyul 2021 22:30 (UTC +04:00)

Oğuz rayonunun Şirvanlı kəndində axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı iki nəfər - rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Urfan Məhəmməd oğlu Bayramov və Şirvanlı kənd sakini Şahlar Veysal oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR