Bank Of Baku

Özlərini QHT rəhbəri kimi təqdim edərək orduya dəstək adı ilə pul yığan şəxslər tutulub - FOTO

Orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb

© APA | Orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb

# 02 noyabr 2021 12:19 (UTC +04:00)

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

DİN rəsmisi bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR