Prokurorluq Binəqədidə yeniyetmənin qətl törətməsi ilə bağlı məlumat yayıb

Prokurorluq Binəqədidə yeniyetmənin qətl törətməsi ilə bağlı məlumat yayıb
# 13 iyul 2021 10:00 (UTC +04:00)

İyulun 12-də paytaxtın Binəqədi rayonunun sakini, 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR