"Qanlı Göl"də 4 nəfərə zor tətbiq edən şəxslər tutulub

"Qanlı Göl"də 4 nəfərə zor tətbiq edən şəxslər tutulub
# 30 noyabr 2021 12:49 (UTC +04:00)

Bakıda 4 nəfərə zor tətbiq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş A.Musayevin, A.Məmmədovun, N.Rəhimlinin və S.Ovçiyevin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 14-dən 18-dək olan müddətdə “Qanlı Göl” adlanan ərazidə Bakı şəhər sakinləri Q.Nuriyevə, İ.İsmayılzadəyə, E.Hüseynova və Ordubad rayon sakini E.Əsgərliyə zor tətbiq edərək pul, qolbaq, qulaqcıq, gümüş boyunbağı almaları da müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR