Qəbir daşlarının oğurlanmasına görə daha iki nəfər saxlanılıb

Qəbir daşlarının oğurlanmasına görə daha iki nəfər saxlanılıb
# 15 noyabr 2021 11:55 (UTC +04:00)

Bakıda qəbir daşlarının oğurlanmasına görə daha iki nəfər tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı bir məzardan sinə daşının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şamaxı rayon sakini olan qardaşı və Bakı şəhər sakini V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda daha 4 məzardan məzar daşlarını oğurlamaları da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov və V.Haşımov da saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR