“Qırmızı Kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

“Qırmızı Kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

© APA | “Qırmızı Kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

# 02 dekabr 2021 10:33 (UTC +04:00)

“Qırmızı Kitab”a düşmüş ağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər. Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR