Sabirabadda avtomobil aşıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Sabirabad, yol qəzası

© APA | Sabirabad, yol qəzası

# 07 iyun 2021 22:03 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

18.01

Sabirabadda avtomobil aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndində qeydə alıınıb. “Hyundai” markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetməni itirib və aşıb. Nəticədə sürücü - Sabirabadın Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Ceyhun Əşrəf oğlu kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR