Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
# 02 sentyabr 2021 10:19 (UTC +04:00)

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Verilən məlumata görə, Sabirabad rayonu Zəngənə kənd sakini Samir Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan S.Sadıqovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR